...

II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Moldova və Polşanın sabiq prezidentləri ilə müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2014 17:18 (UTC +04:00)
II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Moldova və Polşanın sabiq prezidentləri ilə müzakirə olunub.
II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Moldova və Polşanın sabiq prezidentləri ilə müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Moldova və Polşanın sabiq prezidentləri ilə müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü əsasında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi ilə bağlı Moldovanın sabiq prezidenti Petru Luçinski, Polşanın sabiq prezidendti Aleksandr Kvasnievski və xanımı İolanta Kvasnievska ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanın belə bir təşəbbüsə dəstək göstərərək onun inkişafına yardım etməsi yüksək qiymətləndirilib. Çunki Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun əməkdaşlığı dünyanın diqqətinin Cənubi Qafqaz regionuna yönəldilməsində çox əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə də Azərbaycan xalqı üçün böyük əhəmiyyəti olan mədəni dəyərlərin daşıyıcısı Nizami Gəncəvi ideyalarının yaşadılması və dünyaya örnək ola bilməsi istiqamətində vacibdir. Görüşlər zamanı bu təşəbbüslərə Azərbaycan prezidentinin göstərdiyi şəxsi diqqət isə hər bir addımın uğurlu alınmasında əsas təkan verici amil kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti