Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə sərxoş sürücülərə qarşı mübarizənin daha da sərtləşdirilməsi çərçivəsində bu gündən etibarən yeni qaydalar tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
Məlumata əsəsən, sükan arxasında sərxoş olduğu təsdiq edildiyi təqdirdə sürüncü birincə dəfə 6 ay müddətinə sürücülük hüququndan məhrum ediləcək. Bu hal ikinci dəfə təkrar olunarsa, 2 il, üçüncü dəfə təkrar olunarsa, 5 il müddətinə sürücük hüququndan məhrum etmə cəzası tətbiq olunacaq.
Qeyd edək ki , Türkiyədə son illər avtomobil qəzaları zamanı xəsarət alanların sayının minimuma endirilməsi üçün də bir sıra tədbirlər həyata keçirilib.
Son olaraq bütün növ nəqliyyat vasitələrində sərnişinlərin də təhlükəsizlik kəmərlərini taxması məcburi edilib.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, Türkiyədə avtomobil qəzalarında hər il 8 mindən çox insan ölür. Ölənlərin əksəriyyəti 15-29 yaşlı gənclərdir.
Ölkə ərazisində ölümlə nəticələnən qəzaların təxminən 34%-i sürət həddinin aşılması səbəbindən baş verir.
Türkiyədə 30 il ərzində orta hesabla 385 min insan avtomobil qəzası nəticəsində həlak olub.