...

Konstitusiya Məhkəməsi şərh verəcək

Cəmiyyət Materials 27 Fevral 2014 16:40 (UTC +04:00)
1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsi Cinayət Prosessual Məcəllənin 358.2 və 384.1-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsi şərh verəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsi Cinayət Prosessual Məcəllənin 358.2 və 384.1-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-dən Trend-ə verilən məlumata görə, müraciətdə hökmün qanuni qüvvəyə minməsi anının şərh olunması xahiş olunur.

Məcəllənin 384-cü maddəsində apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə müddətləri qeyd olunub. Həmin maddəyə görə, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir.

Məcəlləninn 358.2-ci maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin müraciətində qeyd olunur ki, hökm amnistiyanın təsiri altına düşdüyü halda apellyasiya şikayəti vermiş şəxs şikayətini geri götür və bu barədə qərardad qəbul edilir. Bu halda, hökmün qanuni qüvvəyə minməsinin nə vaxtda hesablanması KM-dən xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti