...

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib

Cəmiyyət Materials 9 Mart 2014 17:05 (UTC +04:00)
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib.
Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib.

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunda anadan olub.

S.Tatlıyev Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti