Azərbaycan, Bakı, 14 mart /Trend/
Bu gün Ukraynanın Donetsk vilayətində matəm elan olunub. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərarı Donetsk Vilayət Administrasiyasının rəhbəri Sergey Taruta imzalayıb.
Qərarda deyilir ki, dünən Donetsk şəhərinin mərkəzində baş vermiş faciəvi hadisələrlə əlaqədar olaraq martın 14-ü matəm elan olunur.
Vilayət ərazisindəki hökumət qurumlarının binalarında dövlət bayraqları endirilib.
Xatırladaq ki, dünən Ukrayna və Rusiya əleyhdarları arasında baş vermiş kütləvi dava zamanı 1 nəfər ölmüş, 28 nəfər isə xəsarət almışdı.