...

Novruz bayramı münasibətilə Qaradağ rayonunda aztəminatlı ailələrə yardım edilib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2014 18:14 (UTC +04:00)
Novruz bayramı münasibətilə bu gün Bakının Qaradağ rayonunun aztəminatlı ailələri ilə görüş keçirilib.
Novruz bayramı münasibətilə Qaradağ rayonunda aztəminatlı ailələrə yardım edilib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Novruz bayramı münasibətilə bu gün Bakının Qaradağ rayonunun aztəminatlı ailələri ilə görüş keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov, Təranə İsmayılova və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini E.Qurbanov görüşdə iştirak edən hər kəsi rayon rəhbərliyi adından Novruz bayramı münasibətilə təbrik edərək bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu" tərəfindən rayonun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb.

Daha sonra görüş iştirakçıları adından çıxış edənlər - Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələri İctimai Birliyinin sədri Maqsud Heydərov, şəhid ailəsi Zinyət Bəkirova və Cəbrayıl rayon köçkünü Sədət Zalov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti