...

Dini icmalar arasında mini futbol turniri başlayır (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2014 10:29 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.
Dini icmalar arasında mini futbol turniri başlayır (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsinin təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur: "Bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub".

Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Püşkatma mərasimində çıxış edən dini icma üzvləri Dövlət Komitəsi tərəfindən təşkil olunan turnirin dövlətimizin, xüsusilə ölkə Prezidentinin din sahəsinə olan diqqət və qayğısının nümunəsi olaraq qiymətləndiriblər.

Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.

Qeyd edək ki, turnirdə ölkəmizdə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.

Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:

"A" qrupu:

Süleyman (Xəzər)

Müşfiqabad (Qaradağ)

İmam Rza (Xəzər)

İmam Hüseyn (Sabunçu)

"B" qrupu:

Hacı Əjdərbəy (Nəsimi)

Katolik Kilsəsi

Səngəçal (Qaradağ)

Xanım Zəhra (Yasamal)

"C" qrupu:

Həzrət Məhəmməd (Səbayıl)

Məşədi Dadaş (Nəsimi)

BDU İlahiyyat

"Cümə" məscidi (Sumqayıt)

"D" qrupu:

Yəhudi icması

Pravoslav Kilsəsi

İrfan (Binəqədi)

Həyat Sözü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti