Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub (FOTO)

Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilmişdir. Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə iştirak etmişlər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin müşayiəti ilə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.

İlk olaraq çıxış üçün söz millət vəkili Aydın Mirzəzadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətlərindən danışan millət vəkili onun həyat və fəaliyyətinin əsasən üç mərhələdə araşdırılmasının zəruriliyini vurğulamışdır: "Ulu öndərimiz 1969-cu ilə qədərki dövrdə özünü büruzə verməyərək, dövlət təhlükəsizliyimizi qorumaq üçün bütün həyatı boyu çalışdı. İkinci mərhələdə o, siyasi arenaya çıxdı və hamı Heydər Əliyev adlı bir şəxsiyyəti tanıdı. Qısa müddət ərzində Azərbaycanı bataqlıqdan xilas etdi, ona yeni bir nəfəs verdi. Həmin illərdə qazandıqlarımız bugünkü müstəqil Azərbaycanın gələcək uğurlarından xəbər verirdi. Həyatının üçüncü mərhələsində isə Heydər Əliyev milləti bəlalardan qurtardı, xilas etdi, xalqımız milli qurtuluşa nail oldu".

A.Mirzəzadə bildirmişdir ki, xalqını, Vətənini hədsiz sevən dahi lider milli dövlətçiliyimizin, azərbaycançılıq idealogiyasının əsasını qoymuşdur: "Bu gün Azərbaycan hər sahədə uğurlar qazanır, nailiyyətlər əldə edir. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev siyasəti düzgün siyasətdir. Azərbaycan xalqı məhz dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı".

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçiliyin təməl prinsiplərindən geniş danışan millət vəkili Mübariz Qurbanlı isə xüsusi olaraq vurğulamışdır ki, tarixə müasir Azərbaycanın memarı olaraq düşən dahi rəhbərimiz hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi: "Ulu öndər bu yolda qəti addımlar atmış, əməli işlər görmüş, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurmuşdur".

O, daha sonra qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi iqtisadi cəhətdən irəli aparmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxartdı: "Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqat mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir".

Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən YAP İcra katibinin müavini diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, iqtisadiyyatımız günü-gündən inkişaf edir, ordumuz güclənir: "Bütün bunlara görə hər birimiz Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş dahi şəxsiyyətə borcluyuq. Bir sözlə, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev ideyaları da yaşayacaqdır".

Sonra çıxış üçün söz daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədova verilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olduğu günün - 10 may tarixinin təqvimə əlamətdar gün kimi daxil olduğunu deyən komandan, hər zaman ulu öndərin varlığının, qüdrətinin hiss olunacağını nəzərə çatdırmışdır: "Heydər Əliyev şəxsiyyəti müxtəlif zamanlarda, bir-birinə zidd müxtəlif siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə ürəyi xalqı ilə birgə döyünmüş, həmişə doğma Azərbaycana xidmət etmişdir".

General-mayor Ş.Məmmədov qeyd etmişdir ki, ömrünün böyük hissəsini xalqa fəda etmiş ümummilli lider Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır: "Sovet rejiminin ən kəsərli dönəmində, 1973-cü ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuş ulu öndər bu cəsarətli addımı ilə elə bugünkü ordumuzun təməlini qoymuşdur. O illərdə Azərbaycanda hərbi məktəb yaratmaq və həmin məktəbə azərbaycanlı generalın adını vermək çox böyük risk və cəsarət tələb edirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı generalları məhz Cəmşid Naxçıvanski adına məktəbin məzunlarıdır.
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, artıq Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də modern bir ordusunun olması ilə də diqqəti cəlb edir".

Ş.Məmmədov bildirmişdir ki, ümummilli liderin bütövlükdə Azərbaycan üçün etdikləri nəhayətsizdir, sonsuzdur, ölçüyəgəlməzdir: "Hər birimiz müstəqil Azərbaycan dövlətinin azad vətəndaşları olduğumuza görə dahi xilaskara - Heydər Əliyevə borcluyuq".

Daxili Qoşunların komandanı xüsusi olaraq vurğulamışdır ki, tabeliyində olan bütün hərbi qulluqçular bundan sonra da ulu öndərin ideyalarına sadiq qalacaq, Vətənimizi Heydər Əliyev kimi sevəcək, dövlətimizə, dövlətçiliymizə qarşı çıxanlarla barışmaz olacaq, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşəcək, onun əmr və göstərişlərini sözsüz yerinə yetirəcəklər.

Çıxışlardan sonra mərasim konsert proqramı ilə davam etmişdir.

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq
Çinin BMT-dəki nümayəndəsi yaşıl iqtisadiyyatа keçidi sürətləndirməyə çağırıb
Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib
ABŞ prezidenti çinli həmkarı ilə görüşü vacib hesab edir
İran və Pakistan XİN rəhbərləri Əfaqanıstandakı vəziyyəti müzakirə ediblər
ABŞ rəsmi Pxenyanı düşmən niyyətlərinin olmadığına əmin edib
Belçika COVİD-19-a qarşı tədbirləri sərtləşdirib
Avropa İttifaqının energetika nazirləri enerji daşıyıcılarının qiymət artımını müzakirə ediblər
Facebook səhmləri 4%-dək ucuzlaşıb
İŞİD-in hücumu nəticəsində İraqın şimalında azı 12 nəfər həlak olub
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
Gürcüstan sularında Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Bütün xəbərlər