Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
2014-2015-ci tədris ilində Azərbaycanda 138 min uşağın I sinifə qəbul olunacağı proqnozlaşdırılır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini 754 nəfər şagird bitirəcək.
Qeyd edək ki, son illər ölkədə müsbət demoqrafik dəyişikliklərin baş verməsi nəticəsində birinci sinifə gedən şagirdlərin sayı artır. 2013-2014-cü tədris ilində 137 mindən çox şagird I sinifə gedib.