...

Əbülfəs Qarayev: AYB-nin 80 illiyinin qeyd edilməsi Azərbaycan ədəbiyyatının əbədiyaşarlığını təsdiqləmiş oldu

Cəmiyyət Materials 18 İyun 2014 12:19 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin 80 illiyi qeyd edilməklə bir daha Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı təsdiqlənmiş oldu.
Əbülfəs Qarayev: AYB-nin 80 illiyinin qeyd edilməsi Azərbaycan ədəbiyyatının əbədiyaşarlığını təsdiqləmiş oldu

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Yazıçılar Birliyinin 80 illiyi qeyd edilməklə bir daha Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı təsdiqlənmiş oldu. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AYB-nin 80 illik yubileyinə həsr olunan tədbirdə deyib.

Yubiley münasibətilə Azərbaycan yazıçılarına xoş arzularını çatdıran nazir bildirib ki, bu gün ədəbiyyatın və mədəniyyətin bayramıdır.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyəti həmişə öndə gedib, daim xalqın qayğısı və düşüncəsi ilə yaşayıb.

Nazirin vurğulayıb ki, çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin də danılmaz zəhməti olub. O zaman yazıçı və şairlər daim xalqın yanında olub və onlara düzgün yol göstəriblər.

Ə.Qarayev əlavə edib ki, ulu öndər Heydər Əliyev yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərib, onların Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində xidmətlərini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti