...

Elman Babayev: Cəlilabadda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə məlumatlar yalan və böhtan xarakteri daşıyır

Cəmiyyət Materials 20 İyun 2014 10:04 (UTC +04:00)
Cəlilabad rayonunda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə yayılan məlumatlar yalan və böhtan xarakteri daşıyır. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan informasiyaya aydınlıq gətirərkən jurnalistlərə deyib.
Elman Babayev: Cəlilabadda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə məlumatlar yalan və böhtan xarakteri daşıyır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Mehdiyev/

Cəlilabad rayonunda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə yayılan məlumatlar yalan və böhtan xarakteri daşıyır. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan informasiyaya aydınlıq gətirərkən jurnalistlərə deyib.

Nazirlik rəsmisi vurğulayıb ki, son günlərdə bəzi KİV-lərdə Cəlilabad rayonu, Alıqasımlı kənd sakini Abıyev Habil Heydər oğlunun elektron formada məktubuna istinad olunmaqla, 30 saylı Tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən həmin rayonun Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızının vəfat etdiyi halda, onun "yenidən əlillik qrupunun təsdiq olunması" barədə heç bir əsası olmayan, böhtan xarakterli məlumat yayımlanıb: "İctimaiyyətin diqqətinə çatdırırıq ki, ƏƏSMN-in 30 saylı TSEK-i tərəfindən 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş İmanova Zəminə Əlgüşad qızına deyil, Cəlilabad şəhər sakini İmanova Zəminə İmanverdi qızına bronxial-astma xəstəliyinə görə təkrar olaraq əlillik qrupu təyin edilib".

E.Babayev qeyd edib ki, İmanova Zəminə Əlgüşad qızı da vəfat etdiyi tarixə qədər ikinci qrup əlilliyi olan şəxs olub: "Yayılan yalan məlumatlarda onun vaxtilə əlilliyi olan şəxs kimi adı qeyd olunan köhnə siyahı guya yeni siyahı kimi saxtalaşdırılaraq KİV-də nümayiş etdirilib. Göründüyü kimi, ad və soyad oxşarlığından yararlanmaqla və qeyd olunan formada saxtalaşdırma aparılmaqla, həmçinin əsassız fikirlər yayımlanmaqla 30 saylı TSEK-in fəaliyyətinə ləkə yaxmağa, son vaxtlarda tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması sahəsində aparılan işlərin nəticələrini gözdən salmağa cəhd olunub. Belə cəhd, eyni zamanda, hazırda haqq dünyasında olan bir insanın adından bu cür nanəcib məqsəd üçün sui-istifadə edilməsi jurnalist əxlaqına, ümumən insan mənəviyyatına zidd olan qeyri-vicdani bir əməldir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti