...

"Unibank"ın əməkdaşı Avropa çempionu olub

Cəmiyyət Materials 20 İyun 2014 12:27 (UTC +04:00)
"Unibank"ın Regional problemli kreditlər şöbəsinin (Gəncə) əməkdaşı Balı Hacıyev 12- 15 iyun tarixlərində Bakıda keçirilən "Powerlifting" idman növü üzrə Avropa cempionatının qalibi olub.
"Unibank"ın əməkdaşı Avropa çempionu olub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"Unibank"ın Regional problemli kreditlər şöbəsinin (Gəncə) əməkdaşı Balı Hacıyev 12- 15 iyun tarixlərində Bakıda keçirilən "Powerlifting" idman növü üzrə Avropa cempionatının qalibi olub.

Ştanqı yerdən dartma hərəkətində 330 kg ağırlığın öhdəsindən gələn "Unibank"ın əməkdaşı qızıl medala layıq görülüb. Çempionatda 100 kq çəki dərəcəsində üç hərəkətin cəmində 960 kq ağırlığın öhdəsindən gələn çempionumuz bu mərhələyə görə yarışın gümüş medalını da qazanıb.

İldən-ilə davamlı və stabil inkişafı ilə ölkə iqtisadiyyatına öz töhfəsini artıran "Unibank" əməkdaşlarının fərdi və professional inkişafına xüsusi diqqət yetirir. Əməkdaşları üçün daim treninqlər və təhsil proqramları həyata keçirən bank, intellekt və digər bacarıqların inkişafına da diqqət ayırır. Partnyorlarla, eləcə də bank əməkdaşları arasında keçirilən intellektual və idman yarışları belə tədbirlər silsiləsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti