...

ADA Universitetinin MADİA magistr proqramının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib

Cəmiyyət Materials 20 İyun 2014 19:55 (UTC +04:00)
Bu gün ADA Universitetinin daha 29 tələbəsi Diplomatiya və Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini uğurla başa vurdu.
ADA Universitetinin MADİA magistr proqramının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün ADA Universitetinin daha 29 tələbəsi Diplomatiya və Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini uğurla başa vurdu.

Universitetdən Trend-ə verilən məlumata görə, bu, ADA Universitet statusu aldıqdan sonra ilk məzun buraxılışıdır. Məzunlardan 20-i yerli, 9 nəfəri isə xarici tələbələrdir. Bu dəfəki məzunlar arasında ABŞ, Yunanıstan, Gürcüstan, Kamerun, Polşa, Çexiya Respublikası, Əfqanıstan, Türkmənistan və Latviyadan olan tələbələr təmsil olunub.

Qeyd edək ki, 2014-cü il məzunlarının arasında olan xarici tələbələr ADA-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil alırdılar.



Buraxılış Günü səhər saatlarında Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin ziyarəti ilə başlamışdır və saat 18:00-da isə Buraxılış Mərasimi ilə davam etmişdir. Mərasimdə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Dr. Səməd Seyidov, Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, 2014-cü il məzunları adından isə məzun Gülnarə Həsənova çıxış etmişdir.

Sonda məzunlara diplomlar təqdim edilmişdir. Mərasim ziyafətlə dəvam etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti