...

“Aptamil” uşaq qidalarında GMO aşkarlanıb?

Cəmiyyət Materials 23 İyun 2014 15:07 (UTC +04:00)
“Aptamil” uşaq qidalarında GMO aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə məlumat Türkiyənin Kənd təsərrüfatı Nazirliyinin apardığı araşıdırma nəticəsində təsbit edilib.
“Aptamil” uşaq qidalarında GMO aşkarlanıb?

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"Aptamil" uşaq qidalarında GMO aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə məlumat Türkiyənin Kənd təsərrüfatı Nazirliyinin apardığı araşıdırma nəticəsində təsbit edilib.

Türkiyədə məhsulun tərkibində GMO aşkarlanandan sonra Ankara Yoxlama Laboratoriyası bu məhsulların satışdan çıxarılması üçün 80 şəhərə yazılı təlimat göndərib.

"Milupa" şirkəti isə bütün bunlara cavab olaraq məhsulun GMO tərkibli olmadığını iddia edir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Trend-ə bildiriblər ki, Azərbaycanda uşaq qidası istehsalı müəssisəsi yoxdur və bu məhsullar ancaq idxal yolu ilə bazara gətirilir. Satışda olan uşaq qidaları ilə bağlı il ərzində iki dəfədən az olmayaraq yoxlamalar aparılır. İndiyədək aparılan yoxlamalar zamanı heç bir normadan kənaraçıxma halları müşahidə edilməyib: "Bəzi kənd yerlərində yararlıq müddəti keçmiş məhsulların satışı aşkarlanır. Lakin onların keyfiyyəti və təhlükəliliyi ilə bağlı nöqsanlar üzə çıxmayıb. Biz yenə də konkret müraciətlər daxil olsa, bu sahədə yoxlamalar apara bilərik".

Qeyd edək ki, "Aptamil " uşaq qidaları Azərbaycan bazarında da geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti