...

DİN Sabirabadda vəhhabi təriqətinə mənsub şəxsin saqqalının qırxılması məsələsinə aydınlıq gətirdi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 İyul 2014 11:22 (UTC +04:00)
DİN rəsmisi deyib ki, araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək: "Yeri gəlmişkən, onu da xüsusi olaraq vurğulamaq istərdim ki, heç kimin özbaşına olaraq kimsəni cəzalandırmaq, mühakimə etmək hüququ yoxdur. Bütün məsələlər yalnız qanun çərçivəsində öz həllini tapmalıdır. Konkret olaraq baş vermiş bu münaqişədə də deyilənlər sübut olunarsa, günahkar qanunla müəyyən edilmiş qaydada öz cəzasını alacaq".
DİN Sabirabadda vəhhabi təriqətinə mənsub şəxsin saqqalının qırxılması məsələsinə aydınlıq gətirdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dünən Sabirabad şəhərində bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə bəzi xəbər portallarında yayılmış xəbərə aydınlıq gətirib.

E.Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, iyulun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub: "Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib. Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb".

DİN rəsmisi deyib ki, araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək: "Yeri gəlmişkən, onu da xüsusi olaraq vurğulamaq istərdim ki, heç kimin özbaşına olaraq kimsəni cəzalandırmaq, mühakimə etmək hüququ yoxdur. Bütün məsələlər yalnız qanun çərçivəsində öz həllini tapmalıdır. Konkret olaraq baş vermiş bu münaqişədə də deyilənlər sübut olunarsa, günahkar qanunla müəyyən edilmiş qaydada öz cəzasını alacaq".

Qeyd edək ki, saqqalı qırxılan C.Zərbəliyevin vəhhabi dini təriqətinə mənsub olduğu və Sabirabad sakini olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti