Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/
Bakıda Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) mərhələlərlə aparılan yenidənqurma işləri tam başa çatıb. Bunu Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, iyulun 2-si axşam saat 23:00-dan etibarən bağlanan Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri də yekunlaşıb.
P.Mürsəliyev qeyd edib ki, bununla da ümumiyyətlə, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək hissəsində mərhələlərlə aparılan yenidənqurma işləri bitib və yol sürücülərin və piyadaların istifadəsinə verilib.