...

İran səfiri başsağlığı verdi

Cəmiyyət Materials 13 Avqust 2014 17:03 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli cərrah və həkim Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib.
İran səfiri başsağlığı verdi

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli cərrah və həkim Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verir, mərhumun ruhu üçün Allahdan rəhmət diləyir: "Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O, özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadıgar qoydu".

Xatırladaq ki, Cavad Heyət avqustun 12-də səhər saatlarında dünyasını dəyişib. Görkəmli cərrah ötən ayın əvvəlindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, animiya və pnevmoniyadan əziyyət çəkirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti