...

Gələn ildən Bakıda şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək

Cəmiyyət Materials 11 Sentyabr 2014 11:46 (UTC +04:00)
Gələn dərs ilindən başlayaraq, Bakıda şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək.
Gələn ildən Bakıda şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Gələn dərs ilindən başlayaraq, Bakıda şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu zaman məktəb seçimi elektron formada valideyn, müəllim seçimi isə xüsüsi proqram tərəfindən həyata keçiriləcək.

E.Әliyev qeyd edib ki, sentyabrın 20-də Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etməmiş müəllimlərin sınaq qiymətləndirilməsi aparılacaq.

İdarə rəsmisi deyib ki, bu ilin iyun ayında ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakının orta məktəb müəllimlərinin 96 faizi iştirak edib. Müəllimlərin 14,4 faizi qiymətləndirmədə zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib.

E.Әliyev bildirib ki, 2013-2014-cü tədris ilinin nəticələrinə görə, 20155 şagird attestat alıb. Onların 28-nə qızıl, 1-nə gümüş medal verilib. Ötən dərs ilində 2197-si fərqlənmə olmaqla, 25 950 şagird şəhadətnamə alıb.

Ötən tədris ilində keçirilən eksternat qaydasında imtahanın nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti