Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) fəaliyyəti ilə bağlı hesabat videoçarxını təqdim edib.
Trend xəbər verir ki, 9 dəqiqə 22 saniyə davam edən videoçarxda NİİM-in yarandığı dövrdən bəri gördüyü işlər barədə məlumat verilib.
Qeyd edək ki, NİİM təhlükəsizliyi, rahatlığı, effektivliyi, çevikliyi və ətraf mühitin qorunmasını təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarəedilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına, qəzaların və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılması və yerinə yetirilməsinə əsaslanır.