...

Nobel mükafatçısı: Bakı Beynəlxalq Humanitar Forumu aktual problemləri həll etməyə imkan verir

Cəmiyyət Materials 3 Oktyabr 2014 14:52 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu dünyanın ayrı-ayrı ölkələrindən müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirməyə imkan verir.
Nobel mükafatçısı: Bakı Beynəlxalq Humanitar Forumu aktual problemləri həll etməyə imkan verir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı Beynəlxalq Humanitar Forumu dünyanın ayrı-ayrı ölkələrindən müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirməyə imkan verir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edən kimya üzrə Nobel mükafatı laureatı, Kaliforniya Texnologiya İnstitutunu nümayəndəsi Rudolf Markus deyib.

Onun sözlərinə görə, forum müxtəlif sahələrdə mövcud aktual problemləri nəzərdən keçirməyə və müzakirə etməyə, eləcə də onların müxtəlif tərəflərdən həll yollarını tapmağa imkan verir.

Nobel mükafatçısı qeyd edib ki, Bakıya üçüncü dəfə səfər edir və əhəmiyyətli inkişaf göz qabağındadır: "Bakı kontrastlar şəhəridir, burada tarixi binalar və yeni tikililər həmahənglik təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti