...

Yaponiyalı alim: Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və milliyyətlərin qovuşuğunda yerləşir

Cəmiyyət Materials 3 Oktyabr 2014 16:11 (UTC +04:00)
Azərbaycan humanitar baxımdan çox mühüm coğrafi ərazidədir, çünki ölkə müxtəlif mədəniyyətlərin, dinlərin və milliyyətlərin qovuşuğunda yerləşir.
Yaponiyalı alim: Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və milliyyətlərin qovuşuğunda yerləşir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan humanitar baxımdan çox mühüm coğrafi ərazidədir, çünki ölkə müxtəlif mədəniyyətlərin, dinlərin və milliyyətlərin qovuşuğunda yerləşir. Trend-in məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Tokionun Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin nümayəndəsi Katsuaki Sato deyib.

Onun sözlərinə görə, İpək Yolunun tərkib hissələrindən olması Azərbaycan və Yaponiyanı birləşdirən amillərdən biridir: "Mən üçüncü dəfədir ölkənizə səfər edirəm. Mən Bakını sevirəm və bu forumda iştirak etmək mənə çox xoşdur".

Koreyanın Ali Təhsil İnstitutunun direktoru Jae Van Kim isə bildirib ki, Bakıya artıq ikinci dəfədir səfər edir: "Azərbaycan özünün qonaqpərvərliyi və səmimiliyi ilə seçilir. Azərbaycan tərəfindən bu humanitar forumun təşkili ondan xəbər verir ki, ölkə nəsillərin gələcəyindən narahatdır. Bu tədbir bütün regionda təhlükəsizliyin və iqtisadi sabitliyin təmin olunmasına öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti