...

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 4 Oktyabr 2014 10:37 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri malena Mard Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib

Azərbaycan, Bakı, 4 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi sosial şəbəkədəki səhifəsində məlumat verib.

M.Mard qeyd edib: "Azərbaycan xalqını Müsəlmanların müqəddəs bayramı - Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bütün Azərbaycan vətəndaşlarına firavan həyat və cansağlığı arzulayıram".

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti