...

Nizami rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Cəmiyyət Materials 13 Oktyabr 2014 16:41 (UTC +04:00)
Oktyabrın 13-də Nizami rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib.
Nizami rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Oktyabrın 13-də Nizami rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nizami rayon İcra Hakimiyyətinin və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Qeyd olunub ki, Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək həyata keçirilir. Bu gün regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, millət vəkili Rasim Musabəyov Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz olunduğunu, yüksək nizam-intizamı və döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşdığını qeyd ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nizami rayonu İdarəsinin rəisi vəzifəsini icra edən Rövşən Babayev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsinə daim diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən qüdrətli ordudur.

İctimai Birliyin sədri Emin Həsənli və digər natiqlər də sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar. Bildirilib ki, bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təchizatı istiqamətində mühüm işlər görülür.

Ordudan tərxis olunmuş bir qrup gənc göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti