• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Nuşirəvan Məhərrəmli: Teleserialların çəkilişinə xüsusi sahə kimi baxılsa, ayrıca qurum yaradılmalıdır

20 Oktyabr 2014 10:22 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Televiziya və Radio Şurası Azərbaycanda teleserialların çəkilişinə xüsusi sahə kimi baxmır. Bu barədə Trend-ə müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, seriallarla bağlı məsələ müvəqqəti xarakter daşıyır: "Dövlət davamlı şəkildə serialların çəkilişi üçün vəsait ayırmayacaq. Bu, bir neçə il ərzində olan prosesdir. Ona görə də MTRŞ bu məsələyə xüsusi sahə kimi baxmır. Əgər biz bu məsələyə xüsusi bir sahə kimi baxsaq, o zaman bu sahə ilə bağlı ayrıca qurum yaranmalı və mövzuların seçilməsindən tutumuş, o mövzuların həyata keçirilməsinə, serialların çəkilməsinə bir qurum nəzarət etməlidir. Bizim buna fiziki imkanımız yoxdur".

MTRŞ sədri vurğulayıb ki, teleseriallarla bağlı cəmiyyətdə hələ tam fikir formalaşmayıb.

N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda kino sahəsi ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur: "Nazirlik kinolar çəkir və həmin kinoların çəkilişində də xüsusi mövzular yer tutur. Serialların adından göründüyü kimi isə, onlar daha çox məişət xaraketrli mövzulara həsr olunur. Azərbaycanda da serialların çəkilişi yenidir və onların da mövzularının seçilməsi sərbəstdir. Hər bir televiziya kanalı hansı mövzuya müraciət edirsə, bu, onların daxili işidir, biz onların işinə qarışmırıq. Seriallar çəkilərkən televiziya kanallarında reytinq məsələsinə baxırlar. Bu da onların müstəqil siyasətidir və biz onlara nəyin necə çəkilməsi barədə göstəriş verə bilmərik. Bizim belə bir səlahiyyətimiz yoxdur".

N.Məhərrəmli əlavə edib ki, əgər MTRŞ televiziya kanallarında gedən verilişlərin məzmununa müdaxilə edə bilmirsə, o zaman serialların da məzmununa müdaxilə edə bilməz: "Yəni bu, televiziya kanallarının daxili işidir. Sadəcə biz onlara tövsiyələr veririk və tövsiyələr də daha çox həm hərbi-vətənpərvərlik mövzusundadır, həm də milli-mənəvi dəyərlərə sadiqlik məsələsindədir. Hərbi-vətənpərvərlik bir az çətin mövzudur. Çünki bu mövzuda çəkilişlərdə hərbi texnikadan istifadə etmək lazım olduğundan müəyyən çətinliklər yaranır, bizim verdiyimiz vəsait buna bəs etmir. Ancaq teleserialları çəkən qurumların üzərinə böyük məsuliyyət düşür ki, onu elə çəksinlər ki, adi məişət hadisəsində də vətənpərvərlik mövzusu ön planda olsun".

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Nuşirəvan Məhərrəmli
  • MTRŞ
Azernews Newspaper
Digər xəbərlər
Nuşirəvan Məhərrəmli: Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır
Siyasət 30 Mart 14:53
MTRŞ sədri: Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var
Cəmiyyət 27 Mart 09:42
Nuşirəvan Məhərrəmli: Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir
Gündəm 19 Mart 13:01
11 quruma teleradio yayım lisenziyası verilib
Cəmiyyət 20 Oktyabr 2017 16:58
MTRŞ: Verilişlərin keyfiyyəti aşağıdır, amma qanunda buna görə cəza nəzərdə tutulmur
Cəmiyyət 8 Sentyabr 2017 07:59
MTRŞ teleseriallar haqqında: İşə qarışacağıq...
Cəmiyyət 5 Sentyabr 2017 07:49
MTRŞ yayım siqnallarının itməsi məsələsinə aydınlıq gətirdi
Cəmiyyət 30 Avqust 2017 14:58
MTRŞ: Kabel televiziyalarının qanunsuz fəaliyyəti kütləvi hal alıb
Cəmiyyət 19 Avqust 2017 08:26
Azərbaycanda uşaq kanalı yaradıla bilərmi? - RƏSMİ CAVAB
Cəmiyyət 18 Avqust 2017 08:27
Milli Televiziya və Radio Şurası teleseriallarla bağlı xüsusi müraciət edə bilər
Cəmiyyət 16 Avqust 2017 14:46
Nuşirəvan Məhərrəmli: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir
Nəzər nöqtəsi 15 Avqust 2017 15:31
MTRŞ sədri: Qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək
Cəmiyyət 18 Aprel 2017 08:00
Nuşirəvan Məhərrəmli: Əksər çoxmərtəbəli binalarda qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var
Cəmiyyət 5 Aprel 2017 15:03
Azərbaycanda kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamı məhdudlaşdırılır
Cəmiyyət 5 Aprel 2017 14:49
MTRŞ: Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq
Cəmiyyət 31 Yanvar 2017 14:03
İran Teleradio Təşkilatının rəhbəri Azərbaycana səfər edəcək (FOTO)
Siyasət 8 Noyabr 2016 12:31
Rəqəmli TV yayımının əsas üstünlükləri
Cəmiyyət 1 Noyabr 2016 17:48
MTRŞ analoq TV yayımının dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət 1 Noyabr 2016 17:39
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter