...

Səlim Müslümov İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək

Cəmiyyət Materials 23 Oktyabr 2014 13:01 (UTC +04:00)
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Səlim Müslümov İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti