...

Zakir Qaralov vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 25 Oktyabr 2014 11:06 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru Zakir Qaralov oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Zakir Qaralov vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Baş prokuroru Zakir Qaralov oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti