...

ADTGT gənclərlə seçici maarifçiliyinə dair təlimləri Şirvanda yekunlaşdırdı (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2014 04:56 (UTC +04:00)
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi maarifləndirici layihəyə uyğun seçici maarifçiliyi təlimlərini son olaraq Şirvan şəhərində yekunlaşdırıb.
ADTGT gənclərlə seçici maarifçiliyinə dair təlimləri Şirvanda yekunlaşdırdı (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi maarifləndirici layihəyə uyğun seçici maarifçiliyi təlimlərini son olaraq Şirvan şəhərində yekunlaşdırıb.

ADTGT ictimai əlaqələr və informasiya departamentindən Trend-ə verilən məlumata görə, "Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbi" adlanan layihə Qax, Ağsu, Salyan və Masallı rayonları və Şirvan şəhərində 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, "Yay Məktəbləri" vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə, "Bələdiyyə Qanunvericiliyi Toplusu", "İlk dəfə səs verəcək gənclər üçün Yaddaş Kitabçası"nın, təbliğati plakatların yayımına, gənc könüllü ictimai müşahidəcilərin hazırlanmasına, geniş PR fəaliyyətinə və davamlılıq olaraq Əməkdaşlıq Şəbəkəsinin qurulmasına yönəlib.

Şirvan Gənclərinin Asudə Vaxt Mərkəzində ilk dəfə səs verəcək fəal region gənclərinin iştirakı ilə keçirilən Yay Məktəbinin - təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, şəhər icra hakimiyyətinin məsul əməkdaşı Rövşən Yolçuyev, gənclər və idman idarəsinin rəisi Azər Quliyev iştirak ediblər.

Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq şəhər gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olunub, sorğu və qiymətləndirmə aparılıb.

2 gün davam edən Şirvan "Yay Məktəbi"nin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas mədsədi qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti