...

Yaponiyanın azərbaycanlı gənclərə verdiyi yeni şans

Cəmiyyət Materials 3 Noyabr 2014 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS - National Institute for Policy Studies) azərbaycanlı gənclər üçün magistratura və doktorantura proqramlarına qəbul elan edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, qeyd olunan ali təhsil müəssisəsi tərəfindən 1 və yaxud 2 illik dövlət siyasəti, makroiqtisadi siyasət, dövlət maliyyəsi, iqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, 5 illik GRİPS Qlobal idarəetmə və Siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və 3 illik doktorantura proqramları təklif edilir.

Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur.

Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər noyabrın 14-dək müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti