...

Aşura günü Azərbaycanda 1870 litr qan toplandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Noyabr 2014 19:09 (UTC +04:00)
Aşura günü keçirilmiş qanvermə aksiyalarında 4676 nəfər könüllü olaraq qan verıb.
Aşura günü Azərbaycanda 1870 litr qan toplandı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:30-da verilib)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Aşura günü keçirilmiş qanvermə aksiyalarında 4676 nəfər könüllü olaraq qan verıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qanvermə aksiyaları nəticəsində 1870 litr qan tədarük olunub.

Aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbəsi məscidlərində, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran məscidində qanvermə aksiyaları keçirilib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qanvermə aksiyaları Məhərrəm ayı boyunca davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti