...

Azərbaycanda yeni elektron xidmətlər tətbiq ediləcək

Cəmiyyət Materials 13 Noyabr 2014 10:11 (UTC +04:00)
Azərbaycanda yeni elektron xidmətlər tətbiq ediləcək.
Azərbaycanda yeni elektron xidmətlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yeni elektron xidmətlər tətbiq ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na yeni xidmətlərin adları daxil edilib. Bunlar "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi", "Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" xidmətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti