...

Bakı yol polisi: Heç kimə güzəşt edilməyəcək!

Cəmiyyət Materials 17 Noyabr 2014 16:05 (UTC +04:00)
Kimliyindən asılı olmayaraq, avtomobili jalüzlə, eləcə də pərdə və plyonkalarla idarə edən istənilən şəxs qanunvericiliklə məsuliyyətə cəlb ediləcək.
Bakı yol polisi: Heç kimə güzəşt edilməyəcək!

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Kimliyindən asılı olmayaraq, avtomobili jalüzlə, eləcə də pərdə və plyonkalarla idarə edən istənilən şəxs qanunvericiliklə məsuliyyətə cəlb ediləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, əhali arasında məlumatlandırma işinin aparılmasına baxmayaraq, bu gün Bakı şəhəri arasında yol polisi əməkdaşları tərəfindən keçirilmiş reydlər zamanı avtomobili jalüzlə, eləcə də pərdə və plyonkalarla idarə edən 36 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib: "Sürücülərin səmimiyyətinə inansaq, hələ də "xəbərsizəm", "bilmirdim" kimi ifadələr işlədilir. Buna baxmayaraq, bir daha bildiririk ki, bu məsələdə heç kimə güzəşt edilməyəcək və lazımi tədbirlər görüləcək".

Bundan əlavə, V.Əsədovun sözlərinə görə, jalüzlə, eləcə də pərdə və plyonkalarla bağlı reydlər zamanı bır sıra sürücülərin bundan əvvəl yol verdiyi qanun pozuntularına görə barələrində təyin edilmiş cərimələri ödəməməsi faktları da üzə çıxıb. Məhz bu səbəbdən 13 avtomobil yol hərəkətindən kənarlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi bir daha avtomobil sahibləri və sürücülərə xəbərdarlıq edir ki, təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti artıq başa başa çatıb. Ona görə də avtomobili jalüzlə, eləcə də qanunla qadağan edilmiş pərdə və plyonkalarla idarə edən avtomobil sahibləri və sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən150 manat məbləğində cərimə olunacaqlar.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmaş jalüzlərin vurulmasına icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti