...

“Azərsu” su yerinə qan verdi (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 17:24 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) ASC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil edilib.
“Azərsu” su yerinə qan verdi (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində (ASC) ASC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil edilib.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir. İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyada "Azərsu" ASC-nin kollektivi də yaxından iştirak edir.

3 dekabr - Beynəlxalq Əlillər günü Səhmdar Cəmiyyətdə qanvermə aksiyası keçirilib. Tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulub, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılıb. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Tpansfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

"Azərsu"nun əmək kollektivləri bu aksiyada yüksək təşəbbüs və fəallıq nümayiş etdiriblər. Ümumilikdə aksiyada "Azərsu" ASC-nin 204 əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Elmi-Tədqiqat Hemotologiya və Tpansfiziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan həm talassemiyalı, həm də hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti