...

.az domeninin monitorinq sistemi hazırlanıb

Cəmiyyət Materials 16 Dekabr 2014 12:13 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlər hazırlayıb. Bu barədə Trend-ə İTİ-dən məlumat verilib.
.az domeninin monitorinq sistemi hazırlanıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlər hazırlayıb. Bu barədə Trend-ə İTİ-dən məlumat verilib.

İnstitutun elmi işinin əsas məqsədləri domen bazarının tənzimlənməsi, domen adlarının müxtəlif təhdidlərdən qorunması üçün domen sahiblərinin məqsədlərinin avtomatik aşkarlanması məqsədilə qərarların qəbul edilməsindən ibarətdir.

İnstitut tərəfindən, həmçinin qeydə alınan domen adlarının eyniləşdirməsi metodu təklif edilib. Bundan başqa, İTİ qeydə alınan domenlərin intellektual analizi metodunu hazırlayıb.

İntellektual sistem veb-resursların analizinin prosesini avtomatlaşdırmağa və domenlərdən hansı hədəflərdə istifadə olunduğunu aşkar etməyə imkan verəcək. Söhbət yaşayış məntəqələrinin adları, Azərbaycanın görməli yerlərinin, relyefin xüsusiyyətləri haqqında məlumatların olduğu domen adlarından istifadə sahəsində sui-istifadə faktlarının üzə çıxardılması mexanizmlərindən gedir.

Azərbaycanda .az domen zonasında görkəmli şəxsiyyətlərin, şəhər və rayonların, həmçinin ölkənin görməli yerlərinin adlarından istifadə etməklə resursların qeydiyyatı qadağan edilib.

Hazırda .az milli domen zonasında qeydə alınan saytların sayı 22 764 ədəd təşkil edir. Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti