...

Bakıda bayram yürüşü keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2014 11:25 (UTC +04:00)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək.
Bakıda bayram yürüşü keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq.

Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

Federasiya bütün velosiped həvəskarlarını dekabrın 27-də yürüşə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti