...

Azərbaycan "EMİTT 2015" beynəlxalq turizm sərgisində (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2015 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan İstanbulda keçirilən "EMİTT 2015" beynəlxalq turizm sərgisində təmsil olunur.

22-25 yanvar 2015-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri A.İsmiyev, Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi C.Kəlbəliyev və Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi E.Abasov və 8 yerli turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel", "Meridian travel", "Vector travel"), 3 mehmanxana ("Rixos Quba Azerbaijan", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel" təmsil olunur) nümayəndələrindən ibarət heyət təmsil olunur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları ilə təmin olunub.

2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti