Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda uşaqsız ailələrdə boşanma halları artır.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə isə 7972 olub.
Uşaqlı ailələrdə isə boşanma hallarının sayı 2009-cu ildə 3150, 2010-cu ildə 3534, 2011-ci ildə 3379, 2012-ci ildə 3512, 2013-cü ildə 3758 olub. Son illərdə uşaqlı ailələr arasında 1 uşağı olan ailələrdə boşanma halları çoxalıb.
Biruşaqlı ailələrdə boşanma halları 1995-ci ildən 2010-cu ilədək artsa da, 2011 və 2012-ci illərdə belə boşanma hallarının sayı 2010-cu illə müqayisədə azalıb. Ancaq 2013-cü ildə bu rəqəm yenidən artaraq, ən yüksək həddinə çatıb.
1995-ci ildə 621 biruşaqlı ailə boşandığı halda, 2009-cu ildə 1632, 2010-cu ildə 1870, 2011-ci ildə 1738, 2012-ci ildə 1802, 2013-cü ildə 1921 bir uşaqlı ailə boşanıb.