...

Ötən ay paytaxtdakı yol qəzalarında 17 nəfər ölüb

Cəmiyyət Materials 5 Fevral 2015 12:12 (UTC +04:00)
2015-ci il yanvarın 1-dən 31-dək Bakı şəhəri üzrə 89 yol-nəqliyyat hadisəsi baş verib.
Ötən ay paytaxtdakı yol qəzalarında 17 nəfər ölüb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

2015-ci il yanvarın 1-dən 31-dək Bakı şəhəri üzrə 89 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 17 nəfər ölüb, 141 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, 2014-cü ilin yanvar ayı ilə müqayisədə hadisələrin sayı 5 fakt, xəsarət alanların sayı 24 artsa da, ölüm 10 fakt azalıb: "Hadisələr yenə də əsasən piyadaların avtomobillər tərəfindən vurulması, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verib".

V.Əsədov bir daha sürücüləri və piyadaları yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti