...

Paytaxt sürücülərinin əsas qayda pozuntuları

Cəmiyyət Materials 5 Fevral 2015 13:29 (UTC +04:00)
Ötən ay ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən 49 avtoxuliqan, eləcə də polisin qanuni əmrinə tabe olmayan 195 sürücü məsuliyyətə cəlb edilib.
Paytaxt sürücülərinin əsas qayda pozuntuları

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Ötən ay ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən 49 avtoxuliqan, eləcə də polisin qanuni əmrinə tabe olmayan 195 sürücü məsuliyyətə cəlb edilib. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, bu ilin yanvar ayı ərzində paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı yol polisi əməkdaşları tərəfindən 49110 inzibati protokol tərtib edilib. Bundan əlavə, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə sürücülər barəsində elektron qaydada 21188 inzibati protokol tərtib edilərək onlara məlumat verilib: "Tərtib edilmiş inzibati protokolların təhlili göstərir ki, 929 halda sürücülərin avtomobili sərxoş halda idarə edib, 748 halda sürücülər işıqforun qırmızı işığını gözləmədən keçib, 116 halda sürücülər avtomobili müvafiq sənədləri olmadan, 1438 halda isə avtomobili mobil telefonla danışaraq idarə ediblər, 6822 halda təhlükəsizlik kəmərindən istifadə edilməyib, 13284 halda yol ayrıclarını keçmə, 16375 halda dayanma, durma, parklanma, 111 halda yükdaşıma, 212 halda isə sərnişindaşıma qaydaları pozulub".

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən 31-dək Bakıda şəhəri üzrə 89 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 17 nəfər ölüb, 141 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti