10 fevral Bakıda Azərbaycanın səhiyyə sektorunda əlamətdar olan hadisə - HAYAT CLİNİC tibb mərkəzinin rəsmi təqdimat mərasimi keçirildi. Bunula əlaqədar təntənəli tədbir səhiyyə sektorunun, iş dünyasının, KİV nümayəndələrinin iştirakı ilə Four Seasons otelində keçirilmişdir.
Mərasimdə Türkiyə səhiyyə sektorunun lideri olan Acıbadem sağlamlıq qrupunun mütəxəssisləri fəxri qonaqlar qismində çıxış etdilər. Tədbirin gedişatı zamanı HAYAT CLİNİC tibb mərkəzinin nümayəndələri klinika haqqında məlumat verərək bildiridilər ki, klinika Türkiyənin aparıcı tibb mərkəzi Acıbademlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini gerçəkləşdirir.
HAYAT CLİNİC tibb mərkəzinin əsas fəaliyyət istiqamətini Check up müayinə, radiologiya həmçinin fizioterapiya və reabilitasiya təşkil edir. Mərkəzdə Qinekologiya, Qastroenterologiya, Kardiologiya, Nevrologiya, Otolarinqologiya, Ortopediya, Endokrinoloqiya, Urologiya kabinetləri də fəaliyyət göstərir. Xəstəliklərin profilaktik müayinəsi və diqanostikası üçün klinikada geniş spektrli paket təklif olunur. Korporativ müştərilər və müntəzəm olaraq tibbi müayinədən keçməsi lazım olan idmançılar üçün HAYAT CLİNİC xüsusi paketlər təklif edir. Acıbadem sağlamlıq qrupu ilə əməkdaşlıq radioloji müayinələrin ikiqat yoxlanılmasını təmin edir ki, bu da klinika tərəfindən qoyulan diaqnozların dəqiqliyinə zəmanət verir. Klinikanın radiologiya bölməsi General Electric şirkətinin istrehsalı olan yeni nəsil avadanlıqlarla təchiz edilib.Məsələn, klinikada istifadə olunan Maqnit rezonans tomoqraf cihazında Optima Slient Scan - texnologiyada inqilabi yenilik sayılan səssiz skan təbiq olunur. Qeyd edək ki, hal hazırda bu aparat Qafqazda və Orta Asiyada yeganədir. HAYAT CLİNİC tibb mərkəzi maqnit-rezonans və kompüter tomoqrafiyalarını, mammoqrafiya, rentgenoskopiya və rentgenoqrafiya, densitometriya, həmçinin ultrasəs müayinəsini həyata keçirir. Klinikanın laboratoriyası isə Beynalxalq sertifikatlar almış yeni nəsil avadanlıqlarla təchiz olunmuşdur. Bütün bunlar, klinikada çalışan, öz işinin peşəkarları ilə birlikdə ən dəqiq diaqnozları qoymağa imkan verir. Fizioterapiya və rebilitasiya bölməsinin zalları və kabinetləri rahatlıq və avadanlıqların təchizatı baxımından Avropanın aparıcı reabilitasiya mərkəzlərindən heç də geri qalmır. HAYAT CLINIC Tibb Mərkəzinin Reabilitasiya prosedurları spektri kifayət qədər genişdir. Təcrübəli mütəxəssislər nəinki böyüklər üçün hətta uşaqlar üçün də reabilitasiyanın lazımi metdolarını seçə bilər.
HAYAT CLİNİC tibb mərkəzinin açılışının aktuallığı və əhəmiyyəti çoxşaxəli tibbi və diaqnostik xidmətlər, peşəkar müalicə və yüksək səviyyəli xidmət təklif edən tibb məntəqələrinin yaranmısını tələb edən yerli səhiyyə sisteminin daimi inkişafına əsaslanır.