...

Azərbaycanda talassemiya daşıyıcılarını aşkar etmək üçün tibb müəssisələri zəruri avadanlıqlarla təmin ediləcək

Cəmiyyət Materials 10 Fevral 2015 20:07 (UTC +04:00)
Azərbaycanda talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə tibb müəssisələrinin zəruri avadanlıq və reaktivlərlə təmin ediləcək.
Azərbaycanda talassemiya daşıyıcılarını aşkar etmək üçün tibb müəssisələri zəruri avadanlıqlarla təmin ediləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycanda talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə tibb müəssisələri zəruri avadanlıq və reaktivlərlə təmin ediləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunur.

Səhiyyə Nazirliyi 2015-ci ildə Respublika Talassemiya Mərkəzində, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, 2018-2019-cu illərdə isə Mərkəzi Qan Bankının rayon bölmələrində talassemiyanın kapillyar elektroforez üsulu ilə müayinəsini təşkil edəcək.

Bundan başqa, qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 10 ədəd avtomobillə təmin ediləcək.

Səhiyyə Nazirliyinə 2015-2020-ci illərdə talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə), 2015-2016-cı illərdə baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması, mütəmadi olaraq respublikanın şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanması, həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların təşkili, talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkili tapşırılıb.

Həmçinin, Təhsil Nazirliyi mütəmadi olaraq ümumi təhsil müəssisələrində biologiya üzrə fənn proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədrisini təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti