...

Binəqədi İcra Hakimiyyəti qanunsuz evlərin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Cəmiyyət Materials 12 Fevral 2015 18:32 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyəti mətbuatda qanunsuz evlərin sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Binəqədi İcra Hakimiyyəti qanunsuz evlərin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Binəqədi Rayon İcra Hakimiyyəti mətbuatda qanunsuz evlərin sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, Binəqədi rayonu ərazisinin 51 faizi ARDNŞ-yə məxsusdur.

Bildirilib ki, həmin torpaqlar müvafiq qurum tərəfindən 2005-ci ildən uzunmüddətli sazişlə "Binəqədi Oyl" şirkətinə icarə verilib. Adıçəkilən qurum neft buruqları və mühafizə zolağına düşən qanunsuz tikililərin sökülməsinə dair məhkəmə qarşısında iddia qaldırıb.

Məhkəmənin bununla bağlı 1000-ə yaxın qərarı var. Lakin həmin ərazidə məskunlaşan vətəndaşların yerləşdirilməsi məsələsi nizamlanana qədər qanunsuz tikililərin sökülməsinə dair məhkəmə qərarlarının icrası təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti