...

Azərbaycan 54 iranlı məhbusu təhvil verib

Cəmiyyət Materials 14 Fevral 2015 14:02 (UTC +04:00)
Azərbaycan həbsxanalarında olan 54 iranlı məhbus ötən ilin mart ayından etibarən İrana təhvil verilib.
Azərbaycan 54 iranlı məhbusu təhvil verib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Dalğa Xatınoğlu/

Azərbaycan həbsxanalarında olan 54 iranlı məhbus ötən ilin mart ayından etibarən İrana təhvil verilib. Trend-in məlumatına görə, bu barədə İran Ədliyyə Nazirliyinin müşaviri Şahrux Hidayəti ISNA agentliyinə bildirib.

Onun sözlərinə görə, İran isə bu müddətdə həbsdə olan iki Azərbaycan vətəndaşını bu ölkəyə ekstradisiya edib.

Ötən ilin dekabr ayında adının açıqlanmasını istəməyən mənbə Trend-ə bildirmişdi ki, hazırda 130 iranlı Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılır və 52 İran vətəndaşı müxtəlif ittihamlar üzrə məhkəmə qərarını gözləyir. 14 azərbaycanlı isə İran həbsxanalarındadır.

Ş.Hidayəti qeyd edib ki, ötən ilin mart ayından etibarən xarici ölkələrin həbsxanalarında olan 116 iranlı ölkəyə təhvil verilib: "Bu müddətdə İran həbsxanalarında olan 25 xarici vətəndaş, o cümlədən 19 Əfqanıstan, 2 Türkmənistan, 1 Türkiyə və 1 Bolqarıstan vətəndaşı ölkələrinə təhvil verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti