...

Bakının mərkəzi küçələrindən biri yenilənir (FOTO)

Cəmiyyət Materials 9 Mart 2015 12:22 (UTC +04:00)
Paytaxtın Nizami küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Bakının mərkəzi küçələrindən biri yenilənir (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nizami küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın mərkəzində, Nizami küçəsinin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər, daha sonra Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün qaşınması və yenisinin döşənməsi işləri başa çatıb: "Hazırda Nizami küçəsinin asfalt-beton örtüyünün yeniləndiyi hər iki hissəsində kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilir. Bu işlər qurtaran kimi küçənin ümumilikdə xətlənməsinə başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti