...

Bilik Fondu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında görüş keçirib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2015 12:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında müəllim və tələbələrlə görüş keçirib.
Bilik Fondu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında müəllim və tələbələrlə görüş keçirib.

Fondun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüşdə Fondun həyata keçirdiyi maarifləndirici layihələrlə bağlı ətraflı məlumat verən Şamaxı rayonu üzrə nümayəndə, Sabir qəsəbə məktəbinin direktoru Gülnur Babaşova gəncləri Bilik Fondunun Könüllüləri Birliyinə qoşulmağa çağırıb.

Onun sözlərinə görə, gələcək müəllimlərin elə tələbəlik illərindən maarifçilik fəaliyyətinə dəstək verməsi təqdirəlayiqdir.

Ölkəmizdə uğurla aparılan gənclər siyasətindən bəhs edən tələbələr Fondun işində yaxından iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti