...

Azərbaycanın turizm imkanlarının Almaniyada təbliğatı daha da genişləndiriləcək (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2015 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin (AITF-2015) keçirildiyi Bakı Ekspo Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin baş meneceri Gevers Yurgen və şirkətin əməkdaşları ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı G.Yurgen nazirliyin Almaniyada turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər, Azərbaycanın turizm imkanlarının bu ölkədə təbliğ edilməsi məqsədilə həyata keçirilən layihələr barədə nazirə məlumat verib.

Şirkət rəhbəri bildirib ki, almanlar Azərbaycanın turizm imkanları, hotel və istirahət mərkəzləri, mədəni irs nümunələri, xüsusilə, vaxtilə alman koloniyalarının məskunlaşdığı Göygöl rayonu, Simens qardaşlarının fəaliyyət göstərdiyi Gədəbəy rayonu, bu bölgələrdəki alman tarixi izləri ilə yaxından maraqlanırlar.

G.Yurgen Azərbaycanın Almaniyada təbliğatının daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Aviareps Tourism GmbH" şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti