...

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 16 kilometr dəmir yolu əsaslı təmir olunub

Cəmiyyət Materials 8 Aprel 2015 08:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 16 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur
Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

Xəbər lenti

Xəbər lenti