...

Təhsil Nazirliyi bəzi gimnaziya və liseylərə şagird qəbuluna başlayır

Cəmiyyət Materials 8 Aprel 2015 17:52 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bəzi gimnaziya və liseylərə şagird qəbulu elan edir.
Təhsil Nazirliyi bəzi gimnaziya və liseylərə şagird qəbuluna başlayır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bəzi gimnaziya və liseylərə şagird qəbulu elan edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.

Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris rabitə və yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir.

Hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Qəbul imtahanları mayın 16-da keçiriləcək.Müraciət üçün son tarix 8 maydır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti