Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının 20 Yanvar dairəsində aparılan genişləndirmə işləri tamamilə yekunlaşıb. Artıq ərazidəki səki daşları da düzülüb.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, paytaxın Alı Mustafayev küçəsinin köməkçi hissələrində asfalt-beton örtüyünün yenilənməsi işləri sürətlə davam etdirilir: "Alı Mustafayev küçəsinin 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsinədək olan köməkçi hissəsində asfalt-beton işləri yekunlaşıb. Hazırda Alı Mustafayev küçəsinin 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində olan köməkçi hissəsində yolun köhnə örtüyünün qaşınması işləri aparılır. Hava şəraiti imkan verərsə, həmin hissədə işlər qısa müddət ərzində yekunlaşacaq".