...

Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiya prokurorluğunda olub (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2015 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiyada səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin (USKOK) dəvəti ilə aprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olub.

Səfər cərçivəsində Xorvatiyanın Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.

Tədbirlərdə Ə.Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikanın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti "USKOK-un strukturu və iş metodları barədə", "Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası" və "Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti" mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti