...

Azad Rəhimov: Manatın məzənnəsinin dəyişməsi Avropa Oyunlarının maliyyələşməsinə təsir etməyib

Cəmiyyət Materials 20 Aprel 2015 17:20 (UTC +04:00)
Bu ilin fevralında manatın məzənnəsinin dəyişməsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı işlərin maliyyələşdirilməsinə heç cür təsir göstərməyib.
Azad Rəhimov: Manatın məzənnəsinin dəyişməsi Avropa Oyunlarının maliyyələşməsinə təsir etməyib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Elçin Mehdiyev

Bu ilin fevralında manatın məzənnəsinin dəyişməsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı işlərin maliyyələşdirilməsinə heç cür təsir göstərməyib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın büdcəsi Avropa Oyunları çərçivəsində bütün planlaşdırılmış işləri maliyyələşdirməyə imkan verir.

Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti